İran Daxili İşlər Nazirliyi bu gün Tehranda silahlı hücumlarla əlaqədar bəyanat yayıb.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, nazirlik hadisələrin baş verdiyi ərazilərdə vəziyyətin nəzarət altına alındığını və narahatlığa əsas olmadığını bildirib.
Qeyd edək ki, bu gün bir neçə silahlı şəxs İran parlamentinə, həmçinin Tehranın cənubunda Xomeyninin məqbərəsinə hücum edib. Ölən və yaralananlar var.