"İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, ilkin  məlumata görə, hücumlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Parlamentə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İkinci hücum isə Ayətullah Xomeyninin türbəsi qarşısında baş verib. Türbəyə 3 nəfərin hücum etdiyi qeyd olunur. Burada 1 kamikadze özünü partladıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər 2 şəxs isə həbs edilib.

Parlamentə hücum edən şəxslər 3 nəfər olub. Onlardan birinin isə üzərində partlayıcı var. Hazırda polislər onu mühasirəyə alıblar. Əməliyyatlar davam edir.