Gürcüstan Konstitusiyasına dəyişikliklər bu ilin oktyarbında parlamentin sessiyasında təsdiqlənəcək.

"Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, iyunun 9-dək Konstitusiyadakı dəyişikliklərlə bağlı layihəyə parlamentin komitəsində baxılacaq və ondan sonra birinci oxunuş üçün parlamentin iclasına təqdim ediləcək.

İrakli Kobaxidze parlamentin iyunda layihənin ikinci oxunuşunun da olacağını gözlədiyini vurğulayıb: "Birinci oxunuş iyunun 18-də olmalıdır. İyunun sonunda isə ikinci oxunuş keçiriləcək. Üçüncünün isə parlamentin payız sessiyasında olacağı nəzərdə tutulub” .