Norveçin Azərbaycandakı səfiri Müsavat bazqanı ilə görüzüb
Bu gün Norveç Krallığının səfiri Yon Ramberq ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın başqanı İsa Qəmbərlə görüşüb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İsa Qəmbər cənab Ramberqə Azərbaycandakı fəaliyyətinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalist və bloggerlərin indiki durumu və qarşılıqlı maraq doğuran digər problemlər barədə fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51