Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşını "arzuolunmaz şəxs” ("persona-non-qrata”) elan edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Moskva hesab edir ki, Kişineu Rusiyaya münasibətdə fəaliyyətinin səmərəsiz olacağını dərk edəcək”, – Rusiya XİN-nin açıqlamasında vurğulanıb. 

Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb. 

Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını "persona –non-qrata” elan edib.

Xatırladaq ki, Estoniya XİN bir neçə gün əvvəl Rusiyanın ölkədəki baş konsulu və konsulunu "arzuolunmaz şəxs” elan edib.