Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Virtualaz.org-a Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanovun sözlərinə görə, Balakən rayonu ərazisində saxlanılarkən Ə.Muxtarlı sərhədçilərə müqavimət göstərib: "Axtarış zamanı onun üzərindən xarici valyuta ilə iri məbləğdə pul tapılıb".