MMP-çilərlə Gəncə icra Hakimiyyətinin izçiləri arasında insident baz verib
Bu gün Müasir Müsavat Partiyasının İdarə Heyətinin bir neçə üzvü Qərb bölgəsinə səfər ediblər. Müstəqil informasiya Agentliyinin xəbərinə görə, səfər seçkiqabağı həmin zona üzrə MMP-nin rayon təşkilatlarının birgə müşavirəsinin keçirilməsi məqsədilə təşkil edilib.
Partiyanın təşkilatı məsələlər üzrə sədr müavini, professor Fərhad Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəsdə MMP-nin Gəncə şəhər və rayon təşkilatlatlarının idarə heyətləri, Qazax, Goranboy, Samux, Gədəbəy, Şəmkir, Yevlax, Tovuz, Ağstafa, Daşkəsən təşkilatlarının isə sədr və müavinləri işrirak ediblər.
Qeyd edək ki, 70 nəfərdən ibarət olan partiya üzvləri toplantının keçiriliməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, İcra Hakimiyyətindən onlara yer ayrılmayıb. Partiya üzvləri toplantını çayxanada keçirmək məcburiyyətində qalıblar. İclas keçirilən zaman çayxanada işıqları söndürüblər. Bununla əlaqədar MMP-çilərlə Gəncə şəhər İcra Hakimiyyətinin işçiləri arasında xoşagəlməz insident yaşanıb. Buna baxmayaraq keçirilməsi nəzərdə tutulan müşavirə baş tutub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51