Modovanın Moldova Parlamentində Azərbaycan-Moldova diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konfrans və sərgi keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Moldova Parlamentinin 20-dən çox nüfuzlu deputatları,o cümlədən parlamentin birinci vitse-spikeri Vladimir Vyutuk, Moldova XİN-n müavini Lilian Dariy, bir çox alimlər və politoloqlar iştirak ediblər: 

"Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, təcrübəli millət vəkili Fuad Muradova məzmunlu çıxışı üçün təşəkkürümü bildirirəm".

Mia.az