"AXCP sədr müavini Gözəl Bayramlı həbs edilib, onun Bakıya gətiriləcəyi gözlənilir".
Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Bayramlı Sərhəd Xidməti tərəfindən saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Vəkil Bayramlının konkret olaraq nədə ittiham olunduğunu və hansı maddə ilə cinayət işi açıldığını bilmir: "İş Sərhəd Xidmətinin icraatındadır".
Azərbaycan Sərhəd Xidməti bu məsələ ilə bağlı şərh vermir.