Milli Məclisin payız sessiyasında Şəhərsalma Məcəlləsinin müzakirəyə çıxarılması gözlənilir. Bu barədə palamentin İqtisadi siyasət komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda sənədin hazırlanması istiqamətində ciddi işlər aparılır. ?Əvvəllər Şəhərsalma və Tikinti məcəllələrinin ayrı ayrılıqda hazırlanması nəzərdə tutulurdu. Amma sonradan hər iki məsələnin vahid sənəddə əks olunması qərara alınıb. Hazırlıq prosesi başa çatsa növbəti payız sessiyasında məcəllə parlamentin müzakirəsinə çıxarılacaq? deyə məlumatda qeyd olunur.