Bu həftə xanəndə Qoçaq Əsgərovun saytı istifadəyə verilib. Bir çox müsabiqələrin qalibi olmuş sənətçi ANS PRESS-ə açıqlamasında saytının "qochaqesgerov.az" adlandığını bildirib. Qoçaq Əsgərov elektron səhifənin yaranmasında həm də xarici şirkətlərin marağının rol oynadığını deyir. Xanəndə bir çox şirkətlərin məhz buradan informasiya toplaya bildiklərini və özünün bəzi yaradıcılıq təklifləri aldığını bildirdi. Qeyd edək ki, portal bioqrafiya, yaradıcılıq, audio, video, fotoqalereya və s. bölmələrdən ibarətdir.