?Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünün Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir etməsi yaxşı olardı. Ancaq Ermənistan tərəfinin özünü necə aparacağı hələ məlum deyil?. Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, işğalçı dövlət anlamalıdır ki, münaqişənin həllini uzatmaq ilk növbədə onun özünə ziyandır. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan istənilən halda Dağlıq Qarabağ problemini uzun müddətə qalmadan həll edəcək.