ABŞ və Türkiyənin Suriya məsələsinin həllində və terrora qarşı mübarizədə dərin dialoqa ehtiyacı var.

Bu sözləri ABŞ dövlət katibinin müavini Conatan Kohen deyib.

Onun sözlərinə görə, iki ölkənin liderləri əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, ticarət münasibətlərinin gücləndirilməsi sahəsində ortaq məxrəcə gəliblər: "Ankara və Vaşinqton təkcə YPG mövzusunda yox, Suriyada sülhün əldə olunması naminə də dialoqu davam etdirirlər".

Conatan Kohen hesab edir ki, iki ölkə terrorist qruplarla çiyin-çiyinə mübarizə aparlamlıdır: "Suriyanın gələcəyi və İranın Yaxın Şərqdə oynayacağı rolu müzakirə etməliyik".

Teleqraf.com