Çin Şimali Koreyaya iqtisadi təzyiq etmək üçün ABŞ-dan 100 gün vaxt istəyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yaponiyanın "Asaxi” qəzeti yayıb.
Pekinin bu istəyini ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Szinpinin apreldəki görüşündə dilə gətirdiyi iddia edilir. Szinpin bu vədi Amerikanın Şimali Koreya ilə ticarət edən Çin şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq etməsi təhdidindən sonra verib.
Lakin Çinin Şimali Koreyaya təsir etmək gücünə şübhə edilir. Buna səbəb kimi son iki həftə ərzində Pxenyanın iki raket sınağı keçirməsidir.