Liviyada BMT tərəfindən qəbul edilən Beynəlxalq Anlaşma Hökumətinə bağlı olan Üçüncü Qüvvənin tabeliyindəki polislərlə Birləşmiş Ərəb Əmirlikləri-Misir və Rusiyanın dəstəklədiyi  "Xəlifə Xəftar" əsgərləri arasında şiddətli döyüş olub.

Mia.az Türkiyə mediasina istinadən bildirir ki, Liviya hökumətinə bağlı olan polislər "Xəlifə Xəftar"ın "Brak el-Şati" adlı hərbi hava bazasına hücum edib.

 "Xəlifə Xəftar"ın sözçüsü Ahmed el-Mesmari deyib ki,  hücum nəticəsində aralarında mülki şəxslər olmaqla, 141 nəfər öldürülüb: "Öldürülən əsgərlərin çoxu silahsız olub. Onlarıın bir çoxunu qətl ediblər".

Mia.az