"İslahatların həyata keçirilməsi, dövlət strukturunun təkmilləşdirilməsi kimi addımlar Azərbaycan prezidentinin səlahiyyətinə daxil olan məsələlərdir".
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov son vaxtlar ölkədə siyasi islahatlar aparılacağı barədə fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, prezident nə vaxt məsləhət biləcəksə, o zaman da ehtiyac duyulan addımlar atılacaq:
"Mətbuatın gündəmində qalmaqdan ötrü bir sıra nazirliklərin ləğvi anonsunu verirlər. Bunu heç kəs deyə bilməz. Bu səlahiyyətlərin hamısı Azərbaycanın dövlət başçısına aiddir”.