Yunanıstanlı Petros Eftimiou ATƏT Parlament Assambleyasının yeni prezidenti seçilib ATƏT PA-nın Norveçin paytaxtı Oslo şəhərində keçirilən 19-cu illik sessiyasında bu vəzifə uğrunda P.Eftimiou və kanadalı Konsilyo Di Nino mübarizə aparıb. Petros Eftimiou 64-ə qarşı 130 səs alaraq rəqibini geridə qoyub. Assambleyada İtaliyadan Rikkardo Miqliori, Rusiyadan Aleksandr Kozlovski və Ukraynadan Oleq Bilorus vitse-prezident, İspaniyalı vitse-prezident İzabel Pouelo isə yerində qalıb. ATƏT PA-ya son 2 ildə portuqaliyalı Joao Suares rəhbərlik edib.