Tiflis və Rustavi şəhərlərinin elektrik enerji ilə təchizatı tezliklə bərpa olunacaq.
APA-nın məlumatına görə, bu barədə "İnfo Rustavi” agentliyinə "Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, Tiflis və Rustavi şəhərlərinin işıqsız qalmasına səbəb Ermənistana gedən yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq olub.
Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.
Xatırladaq ki, bu gün Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.
Paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb. Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.
"Elektrik sistemləri” Dövlət Xidmətindən "İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.
Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil.