isgəndər Həmidov ümid Partiyasının funksionerinin vəkili oldu
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Ümid Partiyasının 63 saylı Sabirabad birinci seçki dairəsindən namizədi, partiyanın iqtisadi siyasət komissiyasının sədri, əslən Sabirabad rayonundan olan tanınmış jurnalist Razi Abasbəylinin seçkilərdə vəkili olacaq.
Bununla bağlı olaraq sabiq nazir Razi Abasbəyliyə müraciət etmiş və tərəflər arasında razılaşma əldə olunaraq İsgəndər Həmidov Ümid Partiyasının namizədini dəstəkləmək qərarı verib.
Qeyd edək ki, Ümid Partiyasının ən güclü rayon təşkilatlarından biri Sabirabad rayonundandır. Rayon təşkilatında 400-dən çox partiya üzvü var. Təkcə 63 saylı dairə üzrə bütün məntəqələrdə-36 məntəqədə partiyanın nümayəndələri təmsil olunur. Dairədə isə pariyanın nümayəndəsi olaraq katib vəzifəsində Xanlar Abbasov işləyir.
Hazırda Razi Abasbəylinin seçkilərə hazırlıq məqsədilə tanıtım xarakterli vərəqə paylama kampaniyasına start verilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51