Son illər Şimali Koreyanın nüvə başlıqlı və nüvə olmayan uzaqmənzilli raketlərini tez-tez sınaqdan çıxarmasının yaratdığı gərginlik Rusiyanı da hərəkətləndirib.

Mia.az Rusiya mediasına istinadən bildirir ki, Şimali Koreyanın ətrafında yaranan gərginliklə bağlı rəsmi Moskva ordusunun və müasir döyüş silahlarını savaşa hazır vəziyyətə gətirib.

Bu barədə Rusiya Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov açıqlama verib.

O, bildirib ki, Şimali Koreyanın uzaqmənzilli raketləri sınaqdan çıxarması və bununla da bölgədə yaranmış gərginlik Rusiya ordusunun Asiya və Uzaq Şərq cəbhəsində də savaşa hazır olmasını şərtləndirib:

"Ordumuz savaşa hazır duruma gətirilib. Özümüzü hər cür gözlənilməz hadisədən qorumaq üçün Uzaq Şərqdəki havadan müdafiə sistemlərimiz, o cümlədən orta və uzaqmənzilli raket komplekslərimizə qədər ordumuz ən yüksək səviyyədə savaşa hazır vəziyyətdədir".