Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 23 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərəMuğla valisi Amir Çiçek məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində avtobusdakı hadisə yerində17 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Ancaq daha sonra yaralılardan üçü xəstəxanaya aparılarkən yolda ölüb. Avtobus 20 metrdən aşağı yoldakı bir avtomobilin üzərinə düşüb. Nəticədə həmin avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib. Hazırda 11 yaralının da vəziyyəti ağırdır".
A.Çiçek deyib ki,ölənlər arasında xarici turistlər yoxdur: "Avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər".
İlkin ehtimala görə, avtobusun əyləc sistemi sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.