Ədalət Partiyası seçkidə yeniliklər etmək niyyətindədir
Ədalət Partiyası qarşıdan gələn parlament seçkilərində partiya şəklində iştirak etməyi qərarlaşdırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli hansısa qüvvə ilə əməkdaşlığı da tamamiylə istisna etmir.
Hazırda deputatlığa namizədlərin müəyyənləşməsi prosesini davam etdirdiklərini deyən M.Rəhimli yaxın günlərdə hazırlıq işlərini başa vuracaqlarını bildirib.
Ədələt yetkilisi onu da vurğulayıb ki, hər bir seçki prosesində müəyyən yeniliklər olur. Onun sözlərinə görə, Ədalət Partiyası da bu yeniliklərdən bəhrələnmək niyyətindədir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51