"ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Ağ Evdə qəbul etməyə hazırlaşarkən qonağını pərt vəziyyətdə qoydu. Tramp administrasiyası Suriyadakı silahlı kürdlərə ağır silahlar verəcəyini (bəlkə də çoxdan göndərməyə başlayıblar) açıqladı".
Mia.az bildirir ki, bunu politoloq Exan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Tramp Ərdoğanı fakt qarşısında qoyub və belə vəziyyətdə Ərdoğanın iki alternativi var:
"Türkiyə Cumhurbaşqanı belə vəziyyətdə ya bu səfəri təxirə salmalı, ya da Ağ Evdə Trampa izah etməlidir ki, kürdlərə silah vermək Türkiyə üçün təhdiddir".
Politoloq ehtimal edir ki, Ərdoğan Trampla görüşdən imtina etməyəcək, Ağ Ev sahibi isə Ərdoğanın xəbərdarlığını qulaqardına vuracaq:
"Qərar verilib və silahlar kürdlərə daşınır. Ümumiyyətlə mənə elə gəlir ki, yaxın gələcəkdə Ərdoğan emissarlarını Suriyadakı silahlı kürdlərin liderləri ilə danışıqlara göndərəcək. Vaxtilə Ərdoğan İraqdakı peşmərgələrin lideri Məsud Barzaniyə də mənfi yanaşırdı. İndi isə Bərzani Ankarada yüksək səviyyədə qəbul olunur. Halbuki, o, açıq bəyan edib ki, İraqın şimalında Kürdüstan dövləti yaradacaq".
Mia.az