ABŞ-da səfərdə olan Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Amerikalı həmkarı ilə Fetullahçı Terror Təşkilatının (FETÖ) lideri elan edilən Fətullah Gülənin təhvil verilməsi ilə bağlı 4 saatlıq müzakirə aparıb.

Mia.az Türkiyə mediasına istinadən bidirir ki, müzakirəyə FETÖ istintaqını aparan Ankara prokurorluğunun 3 əməkdaşı da qatılıb:

"Görüşdə Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün detallar masaya yatırılıb, qarşı tərəfə hüquqi addımlar üçün tələb olunan bütün sənədlər verilib".

Məlumatda ABŞ tərəfinin 4 saatlıq görüşü sonrası atacağı addımlar haqda məlumat verilməyib.

Mia.az