"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun qalib gəlməsinə münasibət bildirərkən deyib:
"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır. Çünki müxalifət parlamentdə səs çoxluğu əldə etsə, Makron müxalif baş nazirlə birgə işləmək məcburiyyətində qalacaq. Bu halda islahatları sürətləndirmək çətin olacaq. Ancaq Makronun yüksək reytinqini nəzərə alaraq, onun yeni yaratdığı hərəkatın parlament seçkisində səs çoxluğu əldə etməsi mümkündür”.