Maestro Niyazinin ev-muzeyində ?Məhəbbət əfsanəsi? filminin təqdimatı keçirilib
Maestro Niyazinin ev-muzeyində Dövlət Musiqi Mədəniyyəti Muzeyinin (DMMM) nəzdindəki Klassik Musiqi Həvəskarları Klubunun təşkilatçılığı ilə ?Məhəbbət əfsanəsi? filminin təqdimatı keçirilib.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq namizədi Alla Bayramova yaxın günlərdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyinin yaradılacağı haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün yeni binanın da inşasına başlanıb.
A.Bayramova gənc nəslin dünyagörüşünün inkişaf etdirilməsi üçün mədəniyyətimizin təbliğ edilməsinin böyük əhəmiyyətindən, muzeydə görüləcək tədbirlərdən danışmış və Azərbaycan bəstəkarları ilə yanaşı, qərb bəstəkarlarının da geniş təbliğ olunacağını söyləyib.
Tədbirdə Dövlət Film Fondunda mühafizə olunan, 1965-ci ildə ekranlaşdırılmış ?Məhəbbət əfsanəsi? filmi göstərilmişdir. Filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissoru Arif Səfərov, bəstəkarı Qara Qarayevdir. Filmin süjeti qədim ərəb əfsanəsi ?Leyli və Məcnun? dastanının motivləri əsasında qurulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47