"Breksit kiçik hadisə deyil".

Axar.az xəbər verir ki, bunu Avropa Günü münasibəti ilə Florensiyada təşkil edilən konfransda çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.

O, Britaniyanın Avropa Birliyini tərk etməsini faciə adlandırıb:

"Mən nitqimi fransızca söyləyəcəyəm. Ona görə ki, ingilis dili artıq önəmini itirir. AB Britaniyanı yox, Britaniya AB-ni tərk edib. Bu qərarın təsiri yaxın zamanlarda hiss olunacaq. Breksit sayəsində iqtisadi gücümüzü və iqtisadi təsirimizi itiririk. Qlobal ümumdaxili məhsulun 25%-nə sahibik, amma 10 il sonra bu səviyyə 15% olacaq”.