Ermənistan Baş Qərargah rəisinin eks-müavini Enriko Apriamov Ermənistan fövqəladə hallar nazirinin müavini təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə qərarı Ermənistan Baş naziri Karen Karapetyan verib.

Qeyd edək ki, Apriamov dünən Serj Sərkisyanın əmri ilə vəzifəsindən azad edilib. 

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun yaxın adamlarından sayılırdı.