Sarkozini həyat yoldazı Karla Brunini ?Parisdə gecə yarısı? filmində çəkilir
Tanınmış kinorejissor Vudi Allen yeni filminin çəkilişlərinə başlayıb. ?Parisdə gecə yarısı? filmində Fransanın birinci xanımı Karla Bruni-Sarkozi də çəkilir.
Yeni ekran əsərində, həmçinin tanınmış fransalı aktrisa Marion Kotiyar da rol almışdır. Romantik komediya janrında çəkilmiş filmdə ötən əsrin 20-ci illərində Fransaya gələn bir ailənin başına gələnlərdən bəhs edilir.
Xatırladaq ki, Karla Bruninin fotomodellik təcrübəsi olsa da, kinematoqrafiyada o qədər də peşəkar deyildir. Bununla belə, o, 1994-cü ildə Robert Oltmenin moda dünyasına həsr olunmuş satirik filmində aktrisalıq bacarığını sınayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47