Türkiyə ordusu Suriyanın qərbində PKK/PYD/YPG terror təşkilatının nəzarətində olan Tel Abyad rayonu qarşısında olan Tatlıca, Hürriyət və Öncül məhəllələrindəki sərhəd xəttində zirehli texnikaların hədəfdən yayınmaq və düşmənə daha sərt cavab vermək üçün sığınma (gözləmə) yerləri qazmağa başlayıb.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, bununla yanaşı, sərhəddə betondan müşahidə qüllələri tikilir.

Xatırladaq ki,  aprelin 27-də adıçəkilən terror təşkilatı Akçakalədəki Türkiyə hərbi hissəsinə raket zərbələri endirmişdi. Türkiyə ordusu cavab atəşləri ilə terrorçuları susdurmuşdu.

Mia.az