?Unibank? ASC-nin səhmdarları Bankın Nizamnamə kapitalının 11 milyon 592 min manat artırılması haqqında qərar qəbul etdilər. Bankın kapitallaşdırılma səviyyəsi, hər birinin nominal dəyəri 2 AZN olan 5 796 000 ədəd sadə adsız sənədsiz səhmin emissiyası yolu ilə artırılacaq. Səhmlərin yerləşdirilməsindən sonra ?Unibank? ASC-nin Nizamnamə kapitalı 39% artacaq və 41,592 milyon manata çatacaq. Qeyd etmək lazımdır ki, bu emissiya, 1993-cü ilin 21 iyulundan başlayaraq, Bankın bütün fəaliyyəti tarixində 16-cı və 2009-cu ilin yazında başa çatmış və ümumi həcmi 15 milyon AZN olan səhm buraxılışından sonra ən iri emissiya olacaq. Xatırladaq ki, onda Bank, hər birinin nominal dəyəri 2 AZN olan 7,5 milyon sadə adsız sənədsiz səhm buraxmaqla, Nizamnamə kapitalını ikiqat artırmışdı. Nizamnamə kapitalının artırılması haqqında qərar bir daha Bankın sabit inkişafda olduğunu təsdiqləyir və maliyyə əməliyyatlarının miqyaslarının, ayrı-ayrı borcalanların kreditləşdirilməsinin həcminin artırılması, eləcə də sərfəli şərtlərlə əlavə fondlaşdırılma mənbələrinin cəlb edilməsi hesabına genişləndirilməsi üçün imkanlar açır. Gözlənilən səhm buraxılışı ?Unibank? ASC-in səhmdar kapitalının strukturunu dəyişməyəcək, çünki səhmlər, Avropa Yenidənqurma və İnkişaf Bankı və ?DEG? Alman invesitisiya qrupu da daxil olmaqla, Bankın hazırkı səhmdarları tərəfindən əldə ediləcək.