Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, xalqlarımız arasında dərin tarixi, mədəni və dini bağlılığın mövcudluğunu vurğulamışlar. Mədəniyyət, elm, incəsənət və digər sahələrdə əlaqələrin intensivləşdirilməsinin zəruriliyi bildirilmiş, mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin sayının artırılması fikri səsləndirilib. Habelə, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.