DUi pensiyalarla bağlı hakimiyyətdən izahat tələb edir
Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.
DUİ Sədrlər Şurası 03 iyul 2010-cu il mitinqin nəticələrini müzakirə edərək bəyənib, iştirakçılara təşəkkür edir və birgə kütləvi aksiyaların davam etdirilməsini məqsədəuyğun sayır.
Sədrlər Şurası DUİ ilə Müsavat partiyası arasındakı məsləhətləşmələrin vəziyyəti haqda deyilənlərin nəzərə alınmasını qərara alıb.
DUİ Sədrlər Şurası ABŞ dövlət katibi Hillari Klintonun Bakı səfəri zamanı Qarabağ probleminin həlliylə bağlı Amerikanın mövqeyini qeyri məqbul hesab edir, beynəlxalq hüquqa və Azərbaycan qanunlarına zidd sayır. Azərbaycan hakimiyyətinin bu istiqamətdəki addımlarını qeyri qənaətbəxş hesab edir və İlam Əlievdən öz konstitusion vəzifələrini yerinə yetirməyi tələb edir.
DUİ Sədrlər Şurası 19 iyul 2010-cu il tarixində saat 12.00-da KXCP-nin qərargahında növbəti Qarabağ Forumunun keçirilməsi haqda qərar qəbul edib.
DUİ Sədrlər Şurası "Əmək haqları və pensiyalar haqqında" qanuna əsasən 2010-cu ilin 2-ci yarısında əmək haqlarının 35% artırılmalı olduğu halda niyə artırılmadığına görə hakimiyyətdən izahat istəyir və dərhal qanunun tələblərinin yerinə yetirilməsini tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51