Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.