Dünya kinemotoqrafiyasının əfsanəvi qəhrəmanı Adriano Çelentanonun oğlu Cakomo Çelentano Rusiyada polis tərəfindən saxlanılıb. Müstəqil İnformasiya Agentliyi Rusiyanın NEWSru informasiya Agentliyinə istinadən xəbər verir ki, məşhur aktyorun oğlu Moskvada Qırmızı meydanda saxlanılıb. Belə ki, C.Çelentano həyat yoldaşı ilə birlikdə icazə olmayan yerdə fotolar çəkməsi üzündən saxlanılıb. Amma səfərin təşkilatçıları 20 dəqiqə ərzində hadisə yerinə gələrək məsələni həll ediblər.