Suriyada terrorçular hökumət qüvvələrinin hərbi qarnizonuna hücum ediblər. 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, hücum nəticəsində rusiyalı hərbi müşavir, mayor Oleq Bordov həlak olub. Suriya hərbçilərinə təlim keçən rusiyalı zabit, komandanlığı öz üzərinə götürərək, terrorçuların şəhərciyə soxulmasının qarşısının alıb.

Döyüş zamanı Oleq Bordov ağır güllə yaralı alaraq, həlak olub.  

O, ölümündən sonra mükafata layiq görülüb.  

APA