ADP-çi gənclərə qarzı da həbslər bazladı
Dünən axşam saatlarında ADP Gənjlər Təşkilatının sədri Vüsal Əliyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Bölməsinə aparılıb.
ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, onun saxlanılmasına heç əsas göstərilməyib. 5-6 saat həmin bölmədə ac-sussuz və qeyri-qanuni olaraq saxlanılan Vüsal Əliyev təqib və təzyiqlərə məruz qalıb. Bölmədə ondan izahat alınaraq gecə saatlarında azad edilib.
Bu gün səhər saatlarında Vüsal Əliyev yaşadığı evdən çıxarkən yenidən polis əməkdaşları tərəfindən həbs olunmuş və Xəzər RPİ-nin 2-ji Polis Bölməsinə aparılıb. Hal-hazırda Vüsal Əliyev adı çəkilən Polis Bölməsində qeyri-qanuni olaraq və heç bir əsas göstərilmədən saxlanılmaqdadır. Ehtimal edilir ki, Vüsal Əliyevin həbsi bu gün AXJP və Müsavat Partiyasının keçirəjəyi aksiyalarla bağlıdır. Digər ADP-çi gənjlərin ?Kamal Hüseynovun və Orxan Hüseynovun polis və mülki geyimli şəxslər tərəfindən izlənilməsi barədə məlumatlar var.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51