Etiraz aksiyasına hazırlazan müsavatçı gənclərin həbsinə bazlanılıb
Bu gün səhərdən Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, təşkilatın üzvü Yalçın Abbaslı polis tərəfindən həbs edilib.
Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bununla polislər gənclərin nəzərdə tutulan aksiyada fəallıq göstərmələrinin qarşısını almaq istəyirlər.
Müsavatçılara təzyiqlər bu gün saat 17:00-da ?Elmlər Akademiyası? metrostansiyası yaxınlığında, Hüseyn Cavid bağı yaxınlığında keçirməyi nəzərdə tutduğu mitinqlə bağlıdır.
Verilən məlumatda bildirilir ki, müsavatçı gənclərə qarşı bu ilk ?profilaktik tədbir? deyil. Hər dəfə etriaz aksiyasından öncə onları həbs edir, saxlayır, bəzən isə 10-15 sutka həbs cəzası kəsirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51