ABŞ-ın sabiq Prezidenti Corc Buş (ata) xəstəxanaya yerləşdirilib.

92 yaşlı C.Buşun mətbuat katibi Cim Makqret bildirib ki, sabiq dövlət başçısı sətəlcəm səbəbindən təkrar müalicə olunacaq.

O, ABŞ-ın 41-ci Prezidentinin səhhətinin ümumilikdə yaxşı olduğunu və bir müddət xəstəxanada həkim nəzarətində qalacağını deyib.

Xatırladaq ki, C.Buş ötən ay tənəffüs yollarındakı narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Trend