Ermənistanda rus hərbçisi itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Rusiyanın Gümrüdəki hərbi bazasının 102 xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hərbi xidmətçi Dmitri Loşmanov aprelin 16-da alış-veriş etməyə gedib və və geri qayıtmayıb. Hərbçi müqavilə ilə xidmət göstərirmiş və yataqxanada qalırmış.

Hazırda onun axtarışları davam edir.