Hazırda Prezident Administrasiyasında ?Eks-prezidentlər haqqında? qanun layihəsi hazırlanır. Bu haqda parlamentin 2010-cu il yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Səfa Mirzəyev deyib ki, Prezident Administrasiyasında hazırlanan ?Eks-prezidentlər haqqında? qanun layihəsi üzərində iş başa çatmaqdadır. Layihə yaxın zamanda Milli Məclisə təqdim olunacaq.