"ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir".
 
Bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.
 
"Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, məlumatda bildirilir.
 
Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz  ola bilməyib.  
 
Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun  Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib. 

APA