Türkiyənin Panafilm şirkətinin çəkdiyi məşhur ?Kurtlar Vadisi? serialının əsas qəhrəmanlarından olan Ömər baba Azərbaycana gələcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycanın Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev məlumat verib. B.Quliyev deyib ki, bir neçə gün öncə Türkiyədə səfərdə olarkən serialın qəhrəmanı ilə görüşüb. Görüş zamanı partiya sədri serial qəhrəmanını Bakıya dəvət edib. Partiya sədrinin sözlərinə görə, aktyor yaxın zamanlarda Bakıya gəlməyə razılıq verib.