Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədəki seçkinin nəticələrinə münasibət bildirib.
Mia.az xəbər verir ki, o, "Feysbuk"dakı səhifəsində belə yazıb:
"Konstitusiyaya dəyişikliklə bağlı referendumda Türkiyə xalqı "hə" dedi. Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur. Bu yolda Türkiyəyə uğurlar diləyirəm!".
Mia.az