Bu gün Azərbaycan Liberal Partiyası (ALP) Siyasi Şurasının iclası keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib. Siyasi Şuranın iclasında ölkədaxili ictimai-siyasi vəziyyət, qurultaya, parlament seçkilərinə hazırlıq və ?Azadlıq? blokuna daxil olan partiyalar arasındakı münasibətlər müzakirə olunub. Müzakirələrin təfsilatına gəlincə, Ə.Temirxan ?Müzakirələrin mahiyyəti daxili istifadə üçündür. Bu barədə mətbuata məlumat verməyi məqsədəuyğun hesab etmirik?,- söyləyib.