Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında AzTv-də efir məsələsi ilə bağlı ciddi narazılıq yaranıb.

Bir qrup deputat artıq məsələ ilə bağlı parlament rəhbərliyinə və AzTV rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Buna səbəb parlamentin fəaliyyətinin AzTV-də işıqlandırılması zamanı deputatların efirə çıxmasının Akif Təvəkküloğlunun "senzurasın”dan keçməsidir.

Narazı deputatlar iddia edir ki, Akif Təvəkküloğlunun istəmədiyi deputatların çıxışları və yaxud görüntüləri AzTV-də efirə verilməsi üçün material göndərilən zaman kəsilərək çıxarılır. Belə bir ayrı seçkiliyin salınması, dövlət kanalında deputatlara qarşı fərqli münasibətlərin olması artıq ciddi narazılıq yaradıb.
Ölkə.Az