İranın keçmiş prezidenti Mahmud Əhmədnecad yenidən prezident olmaq istəyir.

Mia.az xəbər verir ki, o, bu gün prezidentliyə namizədliyini açıqlayıb. 

Artıq onun namizədliyi rəsmən qeydə də alınıb.

Xatırladaq ki, İranın ali dini lideri Xamnei əvvəlki açıqlamalarının birində sabiq prezidentin seçkiyə qatılmamasını tövsiyə etmişdi. O, bunu "münasib olmayan vəziyyət"lə əlaqələndirmişdi: 

"Mən demirəm ki, qatılmayın. Deyirəm ki, qatılmamaq daha yaxşı olardı..."

Xatırladaq ki, İranda seçki mayın 19-da olacaq.

Mia.az