Bu gün Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək. Səfər zamanı Bolqarıstan prezidenti Bakıda aparacağı danışıqlarda Azərbaycan tərəfi ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Diqqət mərkəzində olacaq əsas məsələlərdən biri iki ölkənin iştirakı ilə strateji enerji layihələrinin hazırlanması və həyata keçirilməsidir.