Misirdə kilsədə baş verən partlayış qurbanlarının sayı 15-ə çatıb, 50 nəfərdən çox adam xəsarət alıb.
Mia.Az Trend-ə istinadən bildirir ki, ilkin məlumata əsasən partlayış Misirin Qarbiyə əyalətində Tanta şəhərində "Maq Qirqis" kilsəsində baş verib.
Qeyd edək ki, son məlumata əsasən Tanta şəhərinə ikinci partlayış baş verib.
---------
12:23
Misirin Tanta şəhərində kilsə yaxınlığında partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda "Mohit" portalı xəbər verib.
Məlumata görə, hadisə nəticəsində ölənlər olacağı istisna edilmir.