Bu gün- iyunun 30-u Azərbaycanda sevgililər günüdür. Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizə ilə bağlıdır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizə Allahverdiyevlərin toy günü Azərbaycan Sevgililər günü kimi keçirilir. Qeyd edək ki, sevgi əfsanəsinə dönən cütlüyün toyu 1989-cu ildə olub.